UEFA daha bir beynəlxalq turniri təxirə saldı – rəsmi

UEFA qadın futbolçulardan ibarət milli komandaların 2021-ci ildə keçirilməli olan Avropa çempionatını təxirə salıb.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 2021-ci ildə keçirilməli olan turnirin təxirinə səbəb koronavirusa görə AÇ-2020-nin 2021-ci ilə ertələnməsidir.

2022-ci ildə İngiltərənin ev sahibliyi edəcəyi qadın futbolçuların Avropa çempionatı, 6-31 iyulda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button