Millətlər Liqasıyla bağlı qərar verildi
UEFA Millətlər Liqasının 2020/21 mövsümü ləğv olunmayacaq.
Komanda.az “sport-express.ru” saytına istinadən xəbər verir ki, UEFA rəsmiləri uzun müzakirələrdən sonra turnirin keçirilməsiylə bağlı qərar qəbul edib.
TOP-5 Liqasının komandaları koronavirus pandemiyasının yaratdığı sıx qrafikə görə Millətlər Liqasının ləğvi üçün UEFA-ya təzyiq göstərirdi. Buna baxmayaraq, UEFA rəsmiləri turnirin keçirilməsinə qərar verib.
Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Kipr, Monteneqro və Lüksemburqla mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin