UEFA “Liverpul” – “Leypsiq” matçı ilə bağlı qərarını açıqladı
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərənin “Liverpul” və Almaniyanın “Leypsiq” klubları arasında keçiriləcək oyunun yeri açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qitə futbol qurumunun belə qərar verməsinə Almaniyanın koronavirusa görə İngiltərəyə uçuşları fevralın 17-dək dayandırması səbəb olub.
Qeyd edək ki, “Liverpul” – “Leypsiq” matçı fevralın 16-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin