Avrokuboklar üçün yeni format – “Dördlər finalı”
UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümünü yekunlaşdırmaq üçün “Dördlər finalı” formatına müraciət edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, “Dördlər finalı” formatının tətbiq edilməsiylə bağlı məsələnin UEFA-nın martın 17-də keçirəcəyi videokonfransda müzakirə olunacağı bildirilib.
“Dördlər finalı” yarımfinal mərhələsinə yüksələn komandaların iştirakı ilə keçirilir. Format çərçivəsində 2 yarımfinal və 1 final matçı oynanılır və bu qarşılaşmalar hamısı bir stadionda keçirilir.
Çempionlar Liqasının final matçı Türkiyənin İstanbul, Avropa Liqasının həlledici oyunu isə Polşanın Qdansk şəhərində keçirilməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin