“Qarabağ”ın futbolçusu ən dəqiqlər arasında
UEFA Konfrans Liqasının qrup mərhələsində 2-ci turun statistik göstəriciləri açıqlanıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, “Qarabağ” klubundan Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb. Kolumbiyalı müdafiəçi Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. O, bu göstəricidə İngiltərə “Tottenhem”indən Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşür.
Siayhının ilk pilləsində isə Danimarkanın “Kopenhagen” klubundan Nikolay Boylesen yer alıb. O, Cəbəllütariqin “Linkoln” komandasıyla oyunda (3:1) 106 dəfə dəqiq ötürmə verib.
“Qarabağ” Konfrans Liqasının 3-cü turunda Bakıda Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin