Konfrans Liqası: “Qarabağ”, “Keşlə” və “Sumqayıt”ın potensial rəqiblərinin sayı azaldı
UEFA Konfrans Liqasının 3-cü mərhələsində iştirak edəcək komandaları püşkatma öncəsi qruplara bölüb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin bu mərhələdəki potensial rəqiblərinin sayı azalıb.
“Qarabağ” “Aşdod” (İsrail) səddini keçsə, AEL (Kipr) – “Vlazniya” (Albaniya), “Panevejis” (Litva) – “Voyvodina” (Serbiya), “Poqon” (Polşa) – “Osiyek” (Xorvatiya) və “Spartak” (Trnava, Slovakiya) – “Sepsi” (Rumıniya) cütlərindən birinin qalibi ilə qarşılaşacaq.
“Soçi” (Rusiya) ilə qarşılaşacaq “Keşlə” və “Çukariçki” ilə üz-üzə gələcək “Sumqayıt” üçün də potensial rəqib sayı 4-ə enib.
“Qarabağ”ın potensial rəqibləri:
AEL (Kipr) – “Vlazniya” (Albaniya)
“Spartak” (Trnava, Slovakiya) – “Sepsi” (Rumıniya)
“Panevejis” (Litva) – “Voyvodina” (Serbiya)
“Poqon” (Polşa) – “Osiyek” (Xorvatiya)
“Keşlə”nin potensial rəqibləri:
“Arda” (Bolqarıstan) – “Hapoel” (Beer-Şeva, İsrail)
“Dinamo” (Batumi, Gürcüstan) – BATE (Belarus)
“Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya)
“Astana” (Qazaxıstan) – “Aris” (Yunanıstan)
“Sumqayıt”ın potensial rəqibləri:
“Apollon” (Kipr) – “Jilina” (Slovakiya)
“Suduva” (Litva) – “Rakov” (Polşa)
“Kopenhagen” (Danimarka) – “Torpedo-BelAZ” (Belarus)
“Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya)
Bizi Facebook-da izləyin