UEFA İnkişaf turnirində iştirak edəcək Azərbaycan millisinin ilkin heyəti açıqlanıb

Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək UEFA İnkişaf turnirinə qatılacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığma komanda bu məqsədlə Bakıda təlim-məşq toplanışı başlayıb.

Hazırlıq mərhələsi aprelin 29-dək davam edəcək. UEFA İnkişaf turnirində iştirak edəcək yekun heyət toplanışından sonra müəyyənləşəcək.

Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Hikmət Cəbrayilzadə, Amid Qasımov (hər ikisi “Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), İslam İsmayilzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”).

UEFA İnkişaf turniri mayın 1-dən 7-dək keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button