UEFA Ermənistandakı Avroliqa matçının yerini dəyişdirdi

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ermənistanın “Ararat” və Serbiyanın “Srvena Zvezda” komandaları arasında keçiriləcək oyunun yerini dəyişdirib.

Komanda.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Qarşılaşma oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq. Matça Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, hazırda Ermənistanda hərbi rejim hökm sürür. Serbiya klubu bununla əlaqədar sözügedən ölkəyə getməkdən imtina etdiyi üçün, oyunun yeri dəyişdirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button