UEFA-dan Çempionlar Liqasının final oyunu ilə bağlı AÇIQLAMA
UEFA mayın 28-də keçiriləcək Çempionlar Liqasının final matçına ev sahibliyinin Rusiyanın Sankt-Peterburq şəhərindən alınacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “Evening Standard”a istinadən xəbər verir ki, qurumun mətbuat xidməti bu xəbərləri təkzib edib:
“UEFA vəziyyəti yaxından izləyir. Hazırda final matçının keçiriləcəyi məkanın dəyişdirilməsi nəzərdə tutulmur”.
Rusiya ilə Ukrayna arasında münaqişənin böyüməsi səbəbindən Sankt-Peterburqdan ev sahibliyinin alınacağı ilə bağlı xəbərlər yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin