ÇL-in final matçından əvvəl keçmiş ulduzların “döyüş”ü
Madriddə keçiriləcək Çempionlar Liqasının final matçından əvvəl kiçik turnir təşkil olunacaq.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Final matçından əvvəl keçiriləcək turnirdə Avropa futbolunun keçmiş ulduzlarından ibarət 4 komanda iştirak edəcək. Komandalar “sarı”, “qırmızı”, “mavi” və “boz” rənglərlə adlanacaq. Hər komandanın heyətində isə 12 futbolçu yer alacaq. Matçlar 15 dəqiqəlik olacaq.
Çempionlar Liqasının final matçında “Liverpul” “Tottenhem”lə qarşılaşacaq. Oyun “Vanda Metropolitano” stadionunda, iyunun 1-də keçiriləcək.
Qırmızılar: İrji Dudek, Miçel Salqado, Roberto Karlos, Qaiska Mendeta, Mark van Bommel, Pulu Futre, Luis Qarsiya, Ceremi Linç (fristayler), Klarens Zeedorf, Patrik Berqer, Joze Bosinqva, Dieqo Milito;
Mavilər: Viktor Baya, Kafu, Lora Jorj, Karles Puyol, Luiş Fiqu, Stiv Makmanaman, Rober Pires, Patrik Klyuvert, Davor Şuker, Billi Uinqrou (fristayler), Floran Maluda, Kristian Karambö;
Sarılar: Devid Ceyms, Deyan Stankoviç, Covanni van Bronkhorst, Yan Raş, Alessandro Del Pyero, Karl-Haynts Ridle, Seliya Şaşiç, Nunu Qomeş, Manişe, Esteban Kambyasso, Deku, Marko Materassi;
Bozlar: Julio Sezar, Şteffen Froynd, Rikardo Karvalyo, Yuri Corkayeff, Klod Makelele, Henrik Larsson, Vladimir Şmitser, Robbi Fauler, Predraq Myatoviç, Fernando Moryentes, David Trezeqe, Canluka Zambrotta.
Bizi Facebook-da izləyin