APOEL-in zədəlisi sağaldı – “Qarabağ”a qarşı oynaya bilər
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL klubunun zədəli futbolçusu Musa Əl-Taamari sağalıb.
Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Taamarinin “Qarabağ”la ilk oyunda iştirak edib-etməyəcəyi, komandanın son məşqindən sonra bilinəcək.
APOEL – “Qarabağ” matçı avqustun 6-da Nikosiyada keçiriləcək. Komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin