UEFA bu gün videokonfrans keçirəcək
UEFA bu gün quruma üzv olan 55 ölkənin milli assosiasiyasının baş katibləriylə videokonfrans keçirəcək.
Komanda.az xəbər verir ki, videokonfransda iki həftə əvvəl yaradılan İşçi Qrupun gördüyü işlər haqda məlumat veriləcək.
Bununla yanaşı, videokonfransda ölkə çempionatlarının başlama vaxtı, Çempionlar Liqası və Avropa Liqasında mövsümün qalan hissəsinin davamı, futbolçuların müqavilələri və transfer dövrləri ilə bağlı məsələlər müzakirə olunacaq.
Hazırda Avropada Belarusdan başqa, bütün ölkələrdə liqalar dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin