UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb
UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna Almaniyada keçirilən Avropa çempionatının 1-ci turunda azarkeşlərin davranışları səbəb olub.
Alban fanatlar İtaliya ilə matçda meydana əşyalar atmaq, pirotexniki vasitələrdən istifadə etmək və təxribat xarakterli şüarlara görə ittiham olunurlar.
Oyun İtaliyanın qələbəsi ilə bitib – 2:1.
AÇ-2024 iyulun 14-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin