Tərlan Əhmədov: “Onun bu hərəkəti bağışlanmazdır”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qarabağ”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Əhmədov 0:1 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:
– Oyunun əvvəlində həyəcan var idi. Komanda getdikcə həyəcanını atmağa başladı. Sürətli hücumların hesabına keçməliydik rəqibi. Qırmızı vərəqə bütün planlarımızı pozdu. Ümumilikdə normal mübarizə apardıq. Komandanın mübarizəsi ürəyaçan idi.
– Emin Mehdiyevə cəza veriləcəkmi?
– Futbolçularıma həmişə demişəm ki, üzbəüz mübarizədə qırmızı vərəqə alsaz, onu öz cibimdən ödəyərəm. Ancaq futbolçu elə etməlidir ki, komandaya zərər verməsin. Onun bu hərəkəti bağışlanmazdır.
– Eminin yerinə başqa təcrübəli futbolçunu oyuna daxil edə bilməzdiz?
– Siz başqa tərəfdən baxırsız, biz başqa. Ruslan Qurbanov yorulmuşdu. Əmircanov uzun müddətdir ki, oynamır, Sadiqovun da mövqeyi deyildi. Bu məsələlər getdi artıq. Oyundan oyuna inkişaf etməliyik. Bu səhvlər təkrarlanmamalıdır.
– Ruslan Qurbanovun hazırlığında nə problem var?
– Onun bir az zədələri oldu. Bu gün də onun təcrübəsindən istifadə etmək istəyirdik. 90 dəqiqə meydanda qala bilməyəcəyini bilirdim. Onu ilk hissədə dəyişmək istəyirdim, ancaq etmədim.
– Bu çempionatda hədəfiniz nədir?
– Qarşımıza mükafatçılar sırasında olmaq hədəfi qoyulub. Əfranı da heyətimizə qatmışıq. Bu oyun bizə ümid verdi.
– Əfranın tam hazır olması üçün nə qədər zaman lazımdır?
– Formasından uzaqdı. Onu milli komandanın oyunundan sonra meydanda görə bilərsiz.
– Transferlər gözlənilirmi?
– Xeyr.
Bizi Facebook-da izləyin