“Baş verənləri həzm etmək məcburiyyətindəyik” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel klubun icraçı direktoru Oliver Kan və idman direktoru Hasan Salihamiciçin qovulması barədə danışıb.

Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, o, bəzi problemlərinin olduğunu dilə gətirib:

“Hər ikisi təxminən 8 həftə əvvəl mənə zəng etdilər və danışaraq birlikdə yola çıxmalı olduğumuza inandırdılar. Mən də köməkçilərimi razı saldım. Onların bizim bu “səyahət”ə çıxmağımızda rolu var. Öncə bu məsələ ilə bağlı düşünməliyəm.

Bəzi problemlərimiz var. Baş verənləri həzm etmək məcburiyyətindəyik. Qazandığımız titula da kölgə salmaq istəyənlər az deyil. Xoşbəxt ola biləcək mövsüm keçirmədik”.

“Bayern” Almaniya çempionatının 34-cü turunda “Köln”ü məğlub edib (2:1) və çempionluğu rəsmiləşdirib. “Borussiya” (Dortmund) isə “Maynts”la matçda xal itirib (2:2). Onlar mövsümü ikinci pillədə bitiriblər və gümüş medallara yiyələniblər.

“Köln”lə qarşılaşmadan sonra “Bayern” klubun icraçı direktoru Oliver Kanla və idman direktoru Hasan Salihamiciçlə yollarını ayırdığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button