Tuxel İtaliya klubunun baş məşqçisi olmağa yaxın olub
Keçmiş futbolçu Lotar Matteus “Bayern”in baş məşqçisi Tomas Tuxelin kluba təyinat almazdan öncə “Yuventus”la müqavilə imzalamağa yaxın olduğunu bildirib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, bu məsələ “Bayern” rəhbərliyini əsəbiləşdirib:
“Tuxel “Yuventus”la sözləşmə imzalamağa yaxın idi. Bu, “Bayern”i çox əsəbiləşdirmişdi. Həmin vaxt Tomas klubsuz idi. “Bayern” isə Yulian Naqelsmannın işindən yüz faiz əmin deyildi. Düzü, onun işdən çıxarılmasının zarafat olduğunu düşündüm, amma aprelin 1-i deyildi”.
Münhen təmsilçisi hazırda Almaniya Bundesliqasının turnir cədvəlində 68 xalla birincidir. Onların ən yaxın izləyicisi 67 xalla “Borussiya”dır (Dortmund).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin