Tuxel: “Uğursuzluqlara görə bütün məsuliyyət mənim üzərimdədir”
“Bayern”in baş məşqçisi Tomas Tuxel komandanın cari mövsümdəki uğursuz çıxışında kimin günahkar olduğunu açıqlayıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi, bütün məsuliyyəti öz üzərinə götürüb:
“Bayern”in uğursuzluqlarına görə bütün məsuliyyət mənim üzərimdədir. Müqavilə imzalayan kimi dərhal nəticələrə görə məsuliyyət daşıdım. Mən komandanı çalışdırıram və məsuliyyətdən yayınmağa çalışmıram”.
49 yaşlı mütəxəssis bu ilin martında Yulian Naqelsmannı baş məşqçi postunda əvəzləyərək, “Bayern”ın “sükanı arxasına” keçib. Bundan sonra Münhen komandası Çempionlar Liqası və Almaniya kubokunda mübarizəni dayandırıb.
33-cü turda “Bayern” “Leyptsiq”ə uduzub (1:3) və çempionatın bitməsinə bir tur qalmış Bundesliqada liderliyi əldən verib.
Bizi Facebook-da izləyin