“İndiyə qədər klubdan yeni müqavilə təklifi almamışam” – Tuxel
Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, Paris klubunda qalıb-qalmayacağını bilmədiyini deyib:
“Mən də tənqidlər eşidirəm. Dörd titul və bir Çempionlar Liqası finalından sonra gələcəyimin müzakirə edilməyəcəyi ilə bağlı absurd fikirlər vardı. İndiyə qədər klubdan yeni müqavilə təklifi almamışam. Bütün seçimlər mənim üçün açıqdır, amma artıq xəyal qurmağı dayandırmalıyıq. Nə olacağını görəcəyik”.
Tuxelin klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin