Tuxel hələ qərar verməyib

PSJ və “Çelsi”nin keçmiş baş məşqçisi Tomas Tuxel tezliklə işə qayıtmaq fikrində olmadığını bildirib.

Komanda.az “Sport Star”-a istinadən xəbər verir ki, alman məşqçi bəzi klubların onunla maraqlandığını deyib:

“Mən hələ qərar verməmişəm. İndi bir az ara verməliyəm. Bəzi klublar təmsilçimlə əlaqə saxlayıb. Lakin biz razılaşdıq ki, mən Hindistanda olarkən o, 18 gün ərzində mənə zəng etməyəcək”.

“Çelsi”nin yeni rəhbərliyi sentyabr ayında Tuxeli istefaya göndərmişdi. Ondan sonra “zadəganlar”ın “sükanı arxasına” Qrem Potter keçib. Daha əvvəl Tuxelin İngiltərə yığmasına rəhbərlik edə biləcəyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button