Tuxel arxayındır
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel London klubunun transfer bazarındakı güclü tərəflərindən danışıb.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, alman məşqçi, transfer bazarındakı fəaliyyətlərindən razı qaldığını bildirib:
“Bazarda yaxşı çıxış etməyimiz məni arxayın edir. “Çelsi”nin gücü həm daxildə, həm də xaricdə rahatlıqdır və biz bu statusu yenidən əldə etməliyik. Təlaş? Yox. Mən bunu çox ağır iş kimi təsvir edərdim. Yeni klub sahibləri ilə transfer bazarına girmək edə biləcəyiniz ən çətin işlərdən biridir. Amma həm Todd, həm də Behdad Eqbaliyə ən böyük hörmətimdən başqa heç nə yoxdur. Onlar nə vaxt yatmağa vaxt tapırlar, bilmirəm, bəlkə də, heç yatmırlar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin