Tuxel 2 futbolçunun “Çelsi”dən ayrılacağını təsdiqlədi
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel müdafiəçi Andreas Kristensenin mövsümün sonunda klubu tərk edəcəyini təsdiqləyib.
Komanda.az xəbər verir ki, Tuxel “Daily Mail”-ə açıqlamasında “Bu mövsümdən sonra Antonio Rüdigeri və Kristenseni itirəcəyik” deyib.
Kristensen 2012-ci ilin iyulunda “Çelsi”yə keçib. O, bu mövsüm londonluların heyətində 34 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
26 yaşlı futbolçunun azad agent kimi “Barselona”ya keçməyə yaxın olduğu bildirilir. Onun “Çelsi” ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin