Tuxel 100-ə çatdı

Futbol üzrə Fransa kubokunun final oyununda PSJ “Sent-Etyen”ə 1:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyun Paris klubunun baş məşqçisi Tomas Tuxel üçün əlamətdar olub. Belə ki, bu matç 46 yaşlı mütəxəssisin PSJ-dəki 100-cü oyunu olub.

Bu 100 oyunun 65-i Liqa 1-də keçirlib ki, komanda bu oyunların 51-də qələbə qazanıb.

Almaniyalı məşqçi 2018-ci ildən PSJ-ni çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button