Türkiyə klubunun futbolçusu koronavirusa yoluxdu
Türkiyənin “Bursaspor” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virus aşkarlanan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb.
“Bursaspor”ın toplanışdakı bütün futbolçuları klubun bazasında karantinə alınıb və avqustun 27-nə qədər bazaya giriş-çıxış qadağan olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin