“Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır” – “Kəpəz”in kapitanı
“Türkiyənin bu vəziyyətinə görə Azərbaycanın da canı yanır”.
Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Tural Axundov klubun mətbuat xidmətinə açıqlamasında Türkiyədə baş verən zəlzələ ilə bağlı fikirlərini bölüşərkən deyib.
Gəncə komandasının kapitanı Türkiyədə baş verənlərə görə məyus olduğunu bildirib:
“Adam bilmir ki, bu məqamda nə desin. Görüntüləri izləyirik, vəziyyət ağırdır. İndi hamı məyusdur. Təbii fəlakət nəticəsində bu qədər insanın dünyasını dəyişməsi, yaralanması hamıya pis təsir edir. Bir kibrit çöpü alovlananda bütün qutunu yandırır. Allah ölənlərə rəhmət eləsin, xəsarət alanlar tezliklə sağalsınlar. Qardaşlarımızın başı sağ olsun”.
Son məlumatlara görə, Türkiyədəki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb.
Bizi Facebook-da izləyin