Türkiyə klubları Avropa Super Liqasında iştirak edəcək?
Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir yeni yaradılan Avropa Super Liqasına qarşı çıxıb.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Özdəmir, UEFA-nın yanında olduqlarını bildirib:
“Biz Türkiyə olaraq bütünlüklə UEFA-nın yanındayıq, futbolun xaosa çevrilməsini istəmirik.
Türkiyənin heç bir klubu bu turnirə qatılmayacaq. Biri bunu edərsə, UEFA-nın həmin kluba tətbiq etdiyi sanksiyalardan biz də edərik”.
Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.
Bizi Facebook-da izləyin