“Trabzonspor”da baş məşqçi ayrılığı
Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Eddi Nyutonla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə “TRT Spor” məlumat yayıb. Xəbərdə, ingilis mütəxəssisin müqaviləsinə xitam verildiyi bildirilib.
“Trabzonspor” dünən Super Liqada “Kasımpaşa”ya 3:4 hesabıyla məğlub olub. Qaradəniz təmsilçisi 7 turdan sonra turnir cədvəlinin 18-ci sırasında qərarlaşıb.
Nyuton bu ilin avqustunda “Trabzonspor”a baş məşqçi təyin olunmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin