Tokio-2020: Türkiyənin qadın boksçuları finalda – tarixdə ilk

Türkiyənin iki qadın boksçusu, Busenaz Sürmeneli və Buse Naz Çakıroğlu Tokio-2020-də finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Türkiyə tarixində ilk dəfə qadın boksçular Olimpiya Oyunlarında finala yüksəlib.

69 kq çəki dərəcəsində döyüşən Busenaz Sürmeneli yarımfinalda hindistanlı Lovlina Borqohaini məğlub edib. O, finalda Çin təmsilçisi Gu Honqla qarşılaşacaq.

51 kq-da mübarizə aparan Buse Naz Çakıroğlu yarımnfinalda Çin Taypeni təmsil edən Huanq Hsiao-Venini məğlub edib. O, finalda Bolqarıstan idmançısı Stoyka Krasteva ilə qarşılaşacaq.

Hər iki final görüşü avqustun 7-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button