Türkiyə klubu Namik üçün rəsmi təklif göndərdi
Türkiyənin “Bursaspor” klubu “Neftçi”nin futbolçusu Namik Ələskərov üçün rəsmi təklif göndərib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Müqaviləsində “50 min avroya sərbəst qalır” maddəsi olan Namik üçün Bursa təmsilçisi “Neftçi”yə rəsmi təklif yollayıb.
“Ağ-qaralar” Namiklə bağlı qərarını Avropa Liqasının 3-cü mərhələsinin HJK-lə cavab matçının nəticəsinə görə verəcək.
Avqustun 12-də keçiriləcək HJK – “Neftçi” matçı saat 20:00-da başlayacaq.
Namikin “Neftçi” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin