Türkiyə klubunun məşqçisi koronavirusa görə istefa verdi
Türkiyənin “Adanaspor” klubunun qapıçılarla iş üzrə məşqçisi Səfər Hakan Olqun istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə Adana təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Olqunun istefasına səbəb koronavirus pandemiyasıdır.
Olqun, koronavirusdan mənəvi olaraq təsirləndiyini və vaxtını ailəsiylə birlikdə keçirmək istədiyi üçün istefa verdiyini açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin