Türkiyədə futbol liqalarının bərpa tarixi məlum olub
Türkiyənin futbol liqalarında oyunların bərpa olunma tarixi müəyyənləşib.
Komanda.az TFF-yə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bildirib ki, idarə heyəti çempionatlarda növbəti turun matçlarının dekabrın 19-dan etibarən keçirilməsini qərara alıb.
Türkiyə Super Liqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Bu səbəbdən, yerli federasiya bütün liqaların təxirə salındığını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin