Türkiyə millisi Bakıya bu heyətlə gəlir
Fevralın 19-da və 21-də Bakı İdman Sarayında 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasının heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, fevralın 17-də bir araya gələcək qardaş ölkə futzalçıları fevralın 18-də Bakıya səfər edəcək. Baş məşqçi Murat Kaya heyətə 3-ü qapıçı olmaqla 14 futzalçı dəvət edib.
Heyəti diqqətinizə çatdırırıq:
Qapıçılar: Ertuğrul Yıldız (Gənclərbirliyi), Recep Taş (Arnavutköy Bld.S.K), Erkan Çinar (Beşiktaş);
Oyunçular: Mustafa Acar (Antalyaspor), Muhammed Yusuf Aygün (Beşiktaş), Mustafa Yorulmaz (Gənclərbirliyi), Doğu Demirkol (Göztəpə), Batuhan Dırağa (Kasımpaşa), Sefa Çollak (Medipol Başakşehir), Arda Köksal (Ərzurumspor), Emir Şenocak (Bursaspor), Bünyamin Balcı (Antalyaspor), Muhammed Furkan Özhan (Ərzurumspor), Berat Altındiş (Bursaspor).
Bizi Facebook-da izləyin