“Fənərbaxça”da ciddi itki – 3-4 həftə olmayacaq
Türkiyənin “Fənərbaxça” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, “bülbüllər”in futbolçusu Mehmet Ekici zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə Super Liqasının 29-cu turunun “Yeni Malatyaspor”la matçında (3:2) zədələnən 30 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin