Qurban Qurbanovun oğlu Türkiyə klubunun hədəfində

Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Fotomac” nəşri məlumat yayıb. “Beşiktaş” nümayəndələri “Qarabağ”ın rəsmiləri ilə görüşüb və 19 yaşlı hücumçu üçün təklifini bildirib.

“Beşiktaş”ı hazırda bir müddət “Qarabağ”da işləyən Öndər Karaveli çalışdırır. Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək “Qarabağ” klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

Musa Qurbanlı bu mövsüm Premyer Liqada 8 oyunda 4 qol vurub.

Musa “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button