“Beşiktaş”ın braziliyalısı sıradan çıxdı
Türkiyənin “Beşiktaş” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Velinton Sousa sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqanın 8-ci turu çərçivəsində “Qaziantep”lə keçirilən oyunda zədələnən braziliyalı müdafiəçi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Qaziantep” – “Beşiktaş” matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin