Türkiyəli futbolçu Ukraynanı tərk edə bilmir

Türkiyəli futbolçu Abdullah Doğan Ukraynanı tərk edə bilmir.

Komanda.az xəbər verir ki, son olaraq Almaniyanın “TB Uphusen” klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçi “Metallist”lə müqavilə imzalamaq üçün Xarkova gedib.

Doğan ölkəyə çatandan sonra Rusiya və Ukrayna arasında müharibə başlayıb. Oyunçu ilk günlərdə metro stansiyasında, ardınca isə 18 mərtəbəli binanın zirzəmisində qalıb.

Abdullah Doğan sığınacaqda uşaqların və qocaların da yer aldığı təxminən 50-60 nəfərin olduğunu söyləyib: “Xarkova enərkən əsgərlər dedi ki, canınızı xilas edin. Artıq burada 5-ci günümdür. Çətin vəziyyətdəyik, kömək istəyirik. Hazırda çölə çıxmaq qadağandır və çıxanı da vururlar. Çox diqqətli olmalıyıq. Dua edirik. Bəzən qorxaraq marketlərə gedib nələrsə almaq istəyirik. İstədiklərimizi də ala bilmirik, marketlərdə heç nə qalmayıb”.

Türkiyəli futbolçu bütün bunlara baxmayaraq, ümidini itimədiyini sözlərinə əlavə edib: “Yardım nə qədər tez gəlsə, bir o qədər yaxşıdır. Ruslar kifayət qədər qəzəblidirlər. Xahiş edirəm, səsimizi eşitsinlər və bizə kömək etsinlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button