Türkiyəli futbolçu rəsmən “Ayntraxt”da
Türkiyənin gənclərdən ibarət yığmasının və “Bursaspor”un hücumçusu Ali Akmanın Almaniyanın “Ayntraxt” klubuna transferi rəsmiləşib.
Komanda.az xəbər verir ki, 18 yaşlı forvard Frankfurt təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, “Ayntraxt” Ali Akmanın transferini hələ fevral ayında açıqlamışdı. Lakin futbolçu “Bursaspor”dan problemli şəkildə ayrıldığı üçün, rəsmi müqavilənin imzalanması gecikirdi. Artıq gənc futbolçunun TFF 1-ci liqa klubu ilə müqaviləsinə rəsmi qaydada xitam verilib və onun Frankfurt təmsilçisinə keçidi üçün heç bir əngəl qalmayıb.
“Bursaspor”un öz yetirməsi olan Ali Akman, daha öncə “İnegölspor”da futbolun sirlərinə yiyələnib. O, 2019-cu ildən Bursa klubunun əsas komandasında çıxış edirdi.
Bizi Facebook-da izləyin