Türkiyədən UEFA-ya: “2020-ni alın, 2021-i verin”
Cari mövsümdə UEFA Çempionlar Liqasının final oyunu əvvəldən planlaşdırıldığı kimi, İstanbulda keçirilməyəcək.
Komanda.az xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyası ilə UEFA arasında aparılan danışıqlardan sonra qəbul edilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, tərəflər cari mövsümün final oyununun Türkiyədən alınması, əvəzində isə turnirin növbəti mövsümünün həlledici qarşılaşmasının İstanbula verilməsi üçün razılıq əldə ediblər.
UEFA, Çempionlar Liqası və Avropa Liqası ilə bağlı yekun qərarını iyunun 17-də açıqlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin