
Türkiyə Super Liqasının 3 oyunu təxirə salındı
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq futbol üzrə Super Liqada bu gün keçirilməli olan 3 oyun təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, ölkədəki vəziyyətlə bağlı “Ümraniyəspor” – “Adana Dəmirspor”, “Fənərbaxça” – “Konyaspor” və “Girəsunspor” – “Kayserispor” matçları başqa vaxt oynanılacaq.
Bundan başqa, 1-ci və 2-ci liqanın bəzi oyunlarının vaxtları da dəyişdirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin