Türkiyə Super Liqasında ilk qadın prezident
Türkiyənin “Kayserispor” klubunda prezident dəyişikliyi baş verib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin prezidenti Hamdi Elcuman noyabrın 30-da keçirilməsi planlaşdırılan seçkilər öncəsi vəzifəsindən istefa verib.
Bu barədə Kayseri klubunun rəsmi saytı məlumat yayıb. Klubun idarə heyətinin qərarı ilə onu qadın namizəd Berna Gözbaşı əvəzləyib.
Əvvəllər “Kayserispor”da müxtəlif vəzifələrdə çalışmış Gözbaşı ilk qadın klub prezidenti kimi Super Liqa tarixinə düşüb.
Qeyd edək ki, “Kayserispor” 11 turdan sonra 7 xalla sonuncu – 18-ci yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin