“Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”
Türkiyə milli komandasının futbolçusu Deniz Türüç AÇ-2020-nin qrup mərhələsindəki şanslarını dəyərləndirib.
Komanda.az xəbər verir ki, Türkiyə mətbuatına danışan “Fənərbaxça”nın futbolçusu, qrup mərhələsinin iki oyununu Bakıda keçirmələrinə də münasibətini bildirib:
“Baş məşqçimiz şans verərsə, milli komanda üçün oynamaq istəyirəm. Bu, hər kəsin hədəfi, arzusudur. Çətin qrupdur, ancaq mümkünsüz deyə bir şey yoxdur.
Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq. İtaliya ilə ilk oyunda yaxşı nəticə qazansaq, qrupdan çıxmaq ehtimalımız yüksək olacaq. Hədəfimiz qrupda ilk iki sırada olub, gedə biləcəyimiz yerə qədər getməkdir”.
AÇ-2020-nin A qrupunda İtaliya, İsveçrə və Uelslə mübarizə aparacaq Türkiyə yığması, Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Bizi Facebook-da izləyin