“Barselona” türk futbolçu ilə maraqlanır

“Yuventus”un hücumçusu Kənan Yıldız “Barselona”nın maraq dairəsinə düşüb.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik türk futbolçunun komandaya dəvət olunmasında şəxsən maraqlıdır.

Bununla belə, hazırda bu transferin reallaşması real görünmür. Ancaq “Barselona” gələcəkdə 20 yaşlı oyunçunu heyətinə qatmaq üçün cəhd göstərə bilər.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Kənanın bazar dəyəri 50 milyon avrodur. O, ötən ilin avqustunda “Yuventus”la yeni müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button