“Turan Tovuz”un rəqibləri bilindi

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Klubdan Komanda.az-a verilən məlumata görə, bölgə komandası Tbilisini təmsil edən “Merani”, “Dinamo” və “Qaqra” ilə qarşılaşacaq.

Görüşlər müvafiq olaraq, iyulun 23-də, 27-də və 29-da olacaq.

“Turan Tovuz” 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button