“Turan Tovuz”un “Kocaelispor”la yoxlama matçı ləğv olundu

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un qardaş ölkə təmsilçisi “Kocaelispor”la yoxlama oyunu ləğv olunub.

Komanda.az xəbər verir ki, bu gün keçirilməli olan matç tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi komanda daha əvvəl yoxlama matçlarında Türkiyə təmsilçiləri “Pendikspor” (0:0) və “Adana Dəmirspor”la (3:3) heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button