“Turan Tovuz”un futbolçusuna 4 oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının 32-ci turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda (3:0) baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 63-cü dəqiqəsində Tovuz klubunun futbolçusu Bruno Qonçalves təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb.
Bundan başqa, qarşılaşma üçün təyin olunan FHN maşını vaxtından gec gəldiyi üçün “Neftçi” klubu 1000 manat cərimə edilib. Matç bitdikdən sonra futbolçuların avtobusa rahat daxil olmasına şərait yaradılmadığına görə də ”ağ-qaralar” 500 manat cərimə ödəməli olacaq.
Azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimələnib.
Bizi Facebook-da izləyin