“Turan Tovuz”un futbolçusu ağır zədə aldı, xəstəxanalıq oldu

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi ağır zədə alıb.

Komanda.az xəbər verir ki, moldovalı futbolçu Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la ev oyununda sıradan çıxıb.

Qarşılaşmanın əvvəlində rəqib futbolçunun endirdiyi zərbə nəticəsində Denisin ayağı qırılıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, Tovuz şəhər stadionunda keçirilən bu oyunda ilk hissədən sonra hesab 1:1-dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button