“Turan Tovuz”un akademiyasında 20 yeni futbolçu

“Turan Tovuz” Futbol Akademiyasında yay seçimləri keçirilib.

Komanda.az xəbər verir ki, 2009, 2010, 2011-ci il təvəllüdlü futbolçuların seleksiya seçimlərində 200-dən çox uşaq iştirak edib.

Akademiya koordinatoru Rasim Əliyevin rəhbərliyi altında məşqçilər korpusu ilə geniş analiz və fikir mübadiləsindən sonra bütün normativləri yerinə yetməyi bacaran 20 futbolçu seçimlərdən uğurla keçərək akademiyaya qəbul edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button