“Turan Tovuz”dan ayrılan futbolçu Braziliya klubuna keçdi
Bu yay “Turan Tovuz”un yollarını ayırdığı Bruno Qonçalveş ölkəsinə qayıdıb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu B seriyasında mübarizə aparan və ölkənin tanınmış klublarından olan “Quarani” ilə anlaşıb.
Yüksək liqaya çıxmağa iddialı olan klubun Bruno ilə müqaviləsi 2025-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.
27 yaşlı müdafiəçi “Vila Nova”, “Aroka”, “Leykşoeş” komandalarında oynadıqdan sonra ötən yay “Turan Tovuz”a keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin