“Turan Tovuz” Türkiyəyə yollanacaq

Yeni mövsümün hazırlığının ilk mərhələsini başa vuran “Turan Tovuz” təlim-məşq toplanışının ikinci mərhələsi üçün qardaş Türkiyəyə yollanacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iyulun 26-dək Ankaranın Qızılcahamam bölgəsində məskunlaşacaq.

“Turan Tovuz” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər haqda əlavə məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button