“Turan Tovuz” Super Liqa klubuna uduzdu

Türkiyədə təlim-məşq toplanışında olanda “Turan Tovuz” bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda yerli “Adana Dəmirspor”la üz-üzə gəlib.

Super Liqa təmsilçisi ilə qarşılaşma tovuzlular üçün uğursuz alınıb. Belə ki, Azərbaycan təmsilçisi bu oyunda 0:2 hesablı məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Turan Tovuz” iyulun 22-də “Eyupspor”la, iyulun 27-də isə Tanzaniyanın “Simba Sport” kollektivi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button