“Turan Tovuz” daha bir hücumçu transfer etdi

“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Tovuz klubu nigeriyalı futbolçu Otto Conu heyətinə qatıb.

25 yaşlı hücumçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.

Son olaraq Kosovoda “Dukagini” klubunun şərəfini qoruyan Con, karyerası ərzində “36 Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” (Kosovo) və “Priştina” (Kosovo) klublarının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button